Terraform
Terraform nədir?
Tərif
HashiCorp tərəfindən hazırlanmış, kod vasitəsilə infrasturktur (server, şəbəkə, verilənlər bazası) yaratmağa imkan verən açıq mənbəli alətdir. "Infrastructure as Code" konsepsiyasını reallaşdırır.
Nümunə istifadə
“Terraform ilə bütün bulud infrastrukturunu bir neçə sətir kodla qurmaq mümkündür.”
Əlaqəli terminlər
İnternet üzərindən hesablama xidmətlərinin (serverlər, saxlama, verilənlər bazaları, şəbəkə, proqram təminatı) göstərilməsidir. AWS, Google Cloud və Microsoft Azure əsas bulud xidmət təminatçılarıdır.
Proqram inkişafı (Dev) və İT əməliyyatlarını (Ops) birləşdirən praktika məcmusudur. Proqramın daha sürətli, etibarlı şəkildə hazırlanmasını və yayılmasını hədəfləyir.
Proqramları konteynerlər içinə yerləşdirən platforma. Proqramın istənilən mühitdə eyni şəkildə işləməsini təmin edir.
Konteynerlər üzərinde işləyən proqramları avtomatik olaraq yerləşdirən, miqyaslandıran və idarə edən açıq mənbəli sistemdir.