COVID dövründə texnologiya şirkətləri dünyaya göstərdi ki, ofis olmadan da iş dayanmaz. İndi isə həmin sənayenin ən məşhur liderlərindən biri deyir ki, “həmişəlik full remote” ideyası böyük səhv olub.

OpenAI CEO-su Sam Altman San Francisco-da Stripe tərəfindən təşkil olunan fireside chat zamanı uzaqdan və hibrid iş modeli barədə mövqeyini açıq şəkildə bildirib. Onun sözləri tech dünyasında yenidən “ofisə qayıdış” müzakirəsini alovlandırıb.

Sam Altman uzaqdan işə sərt danışdı: “Tech sənayesinin ən böyük səhvlərindən biri idi”

Altman niyə “full remote” modelini uğursuz sayır?

Altman hesab edir ki, texnologiya hələ komandaların sonsuza qədər tam uzaqdan effektiv işləməsi üçün kifayət qədər inkişaf etməyib. Xüsusilə startaplarda insanların üz-üzə işləməsinin yaradıcılıq, sürət və məhsul inkişafı üçün vacib olduğunu vurğulayır.

“Tech sənayesinin uzun müddətdir etdiyi ən pis səhvlərdən biri hamının həmişəlik tam uzaqdan işləyə biləcəyini düşünməsi idi.”

Onun fikrincə, pandemiya dövründə başlayan bu təcrübə artıq başa çatıb. Altman bunu yeni normal yox, nəticəsi gözlənildiyi kimi olmayan bir eksperiment kimi görür.

Bulud texnologiyaları işi xilas etdi, amma ofisi əvəz edə bildimi?

Pandemiya zamanı cloud servisler, videozəng platformaları və komanda idarəetmə alətləri qlobal iqtisadiyyatın dayanmasının qarşısını aldı. Tech şirkətləri də bu keçidin əsas memarları idi.

Amma indi eyni sektorun bir çox oyunçusu geri addım atır. Onların arqumenti budur ki, tam uzaqdan işləyən komandalar məhsulu vaxtında çatdırmaqda çətinlik çəkir, şirkət mədəniyyəti zəifləyir və yeni işçilərin inkişafı ləngiyir.

Amazon, Dell və Tesla artıq sərt ofis qaydalarına keçib

Son illərdə tech sektorunda “return to office” — yəni ofisə qayıdış tələbləri sürətlə artıb. Amazon, Dell və Tesla kimi şirkətlər əməkdaşlardan həftənin beş günü ofisdə olmağı tələb edən modellərə keçiblər.

Bəzi şirkətlər isə daha yumşaq yanaşır və üç-dörd günlük ofis rejimini seçir. Buna baxmayaraq, ümumi trend göstərir ki, “istədiyin yerdən işlə” dövrü ən azı böyük şirkətlər üçün əvvəlki qədər cazibədar görünmür.

Gələcəyin işi vahid modelə sığmayacaq

Altman və digər texnologiya liderləri ofisə dönüşü müdafiə etsə də, əmək bazarı tam əvvəlki vəziyyətə qayıtmayacaq. Şirkətlər arasında, hətta eyni şirkətin müxtəlif komandaları daxilində belə fərqli iş modelləri qalacaq.

Bu dəyişiklik ofis dizaynından tutmuş işçi təliminə, karyera inkişafına və komanda quruculuğuna qədər bir çox sahəyə təsir edə bilər. Tech dünyasında əsas sual artıq “remote işləmək olar?” deyil, “hansı iş üçün hansı model daha yaxşıdır?” sualıdır.

Nəticə: Sam Altman-ın mesajı aydındır: uzaqdan iş texnologiyanın böyük uğurlarından biri olsa da, startaplar və yaradıcı komandalar üçün ofisin rolu hələ bitməyib.