Poco şirkəti M8 Power modelini elan etdi. Bu smartfon xüsusilə batareya tutumu ilə diqqət çəkir – 8000 mAh həcmli güc mənbəyi 45W sürətli şarj texnologiyası ilə dəstəklənir. Cihazda 7 düymlük OLED ekran yerləşir. Ekranın həlledici qabiliyyəti 1080x2396 piksel, yenilənmə sürəti isə 120Hz-dir. Qualcomm Snapdragon 4 Gen 4 çipi 8 nüvəli prosessor (2x2.3 GHz Cortex-A78 + 6x1.95 GHz Cortex-A55) ilə təchiz olunmuşdur. Arxa tərəfdə f/1.8 diafraqmalı, PDAF avtofokuslu 50 MP əsas kamera yerləşir. Ön tərəfdə isə 8 MP selfie kamera mövcuddur. Smartfon 8 GB operativ yaddaş, 128 GB və ya 256 GB daxili yaddaş seçimləri ilə satışa çıxacaq. IP65 sertifikatı, NFC dəstəyi, Bluetooth 5.1 və Android 16 (HyperOS 3) əməliyyat sistemi ilə gəlir. Rəng seçimləri: Qara, Bənövşəyi və Mavi. Mənbə: GSMArena.